Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam elmləri üzrə Nur tədqiqat mərkəzinin rəhbəri olan Höccətül-İslam vəl-müslimin Məhəmməd Hüseyn Bəhrami bu gün, 2 dekabr tarixində keçirilən “İslam süni intellekt ünsiyyət sistemləri və dini tədqiqatların gələcəyi” konfransında çıxış edərək əvvəlcə Rəcəb ayının gəlişini təbrik etmiş, sonra isə bu tədbiri elmi hövzələrin yeni texnologiyalardan istifadə yollarını müəyyən etmək baxımından əhəmiyyətli bir addım hesab etdiyini bildirib. O, vurğulayıb ki, süni intellekt dini tədqiqatların gedişatını kökündən dəyişdirib.
Rəqəmsal transformasiya: Sürətlənən təkrar təcrübə
Höccətül-İslam Bəhrami keçmişdə dini tədqiqatlarda yaranan problemlərə toxunaraq bildirib: Son onilliklərdə rəqəmsal axtarış sistemlərinin genişlənməsi ilə bağlı bir narahatlıq mövcud idi. Bu, ayələrə, hədislərə və digər mənbələrə asan çıxış nəticəsində İslam elmləri tədqiqatçılarının rolu zəifləyə bilər. Lakin təcrübə göstərdi ki, bu sistemlər tədqiqatçının yerini tutmadı, əksinə araşdırmaları dərinləşdirdi və sürətləndirdi.
O əlavə edib ki, indi böyük dil modelləri və süni intellekt söhbət sistemləri ilə qarşılaşılan problemlər də eyni narahatlıqları bir neçə dəfə artırır. Fərqli olaraq isə bu transformasiyanın sürəti və əhatəsi dini tədqiqatların bu günü və gələcəyini ciddi şəkildə təsir altına alıb.
Əsas çətinlik: tədqiqat metodologiyasımda və epistemologiya yanaşmasında transformasiya
Nur tədqiqat mərkəzinin rəhbəri vurğulayıb ki, əsas məsələ sadəcə tədqiqatın sürətinin və dəqiqliyinin artırılması deyil. Bugünkü vəziyyət “tədqiqat metodu” və dini biliklərin çıxarılması üsulunda fundamental dəyişikliklər tələb edir. Bu da dini tədqiqatlarda dərin epistemoloji və metodoloji baxışların yenidən nəzərdən keçirilməsini zəruri edir.
O qeyd edib ki, süni intellekt tərəfindən yaradılan nəticələrin etibarlılığı, elmi doğruluğu və dini ictihadla uyğunluğu ciddi şəkildə yoxlanılmalıdır. Bu, hövzə alimləri qarşısında duran ən vacib problemlərdən biridir.
Hövzənin süni intellektlə münasibətinin müəyyənləşdirilməsi zərurəti
Höccətül-İslam Bəhrami bildirib ki, bu transformasiya qaçılmazdır, yəni süni intellektlə qarşılaşmanı seçmək mümkün deyil. Lakin bu qarşılaşmanı necə idarə edəcəyimiz tamamilə bizim seçimimizdədir. Qeyd olunmalıdır ki, tələbə, müəllim və dini tədqiqatçı bu alətlərdən hansı səviyyədə və hansı məsuliyyətlə istifadə edə bilər, eləcə də dini tədqiqat etikası bu istiqamətdə hansı tələbləri müəyyən edir.
O əlavə edib ki, aydın şəkildə müəyyən edilməlidir. Əgər bir tədqiqatçı süni intellektdən istifadə edirsə, nələri açıqlamalıdır, səhvlərin məsuliyyəti kimdədir və elmi istifadənin sərhədləri haradadır.
Hövzələrin vaxt itirmək kimi bir lüksü yoxdur
Nur tədqiqat mərkəzinin rəhbəri qərarvermə imkanının məhdudluğuna diqqət çəkərək bildirib: Süni intellekt bizi gözləməyəcək. Elmi hövzələr üç sahədə sürətlə qərar verməlidir.
Birinci: Əsas epistemoloji və metodoloji tədqiqatların aparılması
İkinci: Müəllimlər, tələbələr və tədqiqatçılar üçün şəffaf siyasətlərin müəyyənləşdirilməsi
Üçüncü: İslam yönümlü bələdçi və ixtisaslaşmış süni intellekt alətlərinin hazırlanması
Nur tədqiqat mərkəzinin təcrübəsi: vaxtında rəqəmsal platforma istehsalı ilə nüfuz əldə etmək
Höccətül-İslam vəl-müslimin Bəhrami, Nur tədqiqat mərkəzinin rəqəmsal sahədəki onillik təcrübəsinə işarə edərək bildirib: Təcrübə göstərir ki, hər yerdə vaxtında uyğun rəqəmsal platforma hazırlamışıqsa bu onun gösdərie ki, yalnız daxili deyil, həm də beynəlxalq səviyyədə nüfuz qazanmışıq. O yerlərdəki təxirə salmışıq bu nüfuzu itirmişik.
O, “Noormags” nümunəsini göstərərək əlavə edib: Əvvəllər düşünülürdü ki, "Google Scholar" mövcud olduqda, yerli elmi jurnallar sistemi uğur qazana bilməz. Amma bu gün onlarla nüfuzlu Avropa və ABŞ universitetləri Noormags-ə abunədir, bu isə göstərir ki, elmi nüfuz vaxtında və ağıllı addımla əldə olunur.
İslam süni intellekt ünsiyyət sistemlərinin təqdimatı
Nur tədqiqat mərkəzinin rəhbəri bildirib ki, bu konfransın məqsədi İslam süni intellekt söhbət sistemlərinin tanıdılması və təşviqidir. Mərkəz təxminən 20 dini söhbət sistemini müəyyənləşdirib, bu sessiyada isə məhdud vaxt səbəbindən beş sistem təqdim olunacaq.
O əlavə edib ki, bu sistemlər arasında xanım tələbələr üçün təhsil və tədqiqat alətləri, dini suallara cavab, dini və psixoloji məsləhət, Qurani-Kərim təfsiri ilə ünsiyyət kimi imkanlar var və bütün bunlar Nur tədqiqat mərkəzi tərəfindən hazırlanıb.
Nur tədqiqat mərkəzinin ünsiyyət sistemləri üzrə gələcək planları
Höccətül-İslam Bəhrami bildirib ki, son illərdə insan resursları, hesablama infrastrukturları və ağıllı məzmunun hazırlanması sahəsində geniş investisiyalar həyata keçirilib və xüsusi diqqət İslam elmlərinə ixtisaslaşmış söhbət sistemlərinin inkişafına yönəldilib.
O, “Dini kitablarla söhbət” sisteminin yaxın zamanda təqdim olunacağını qeyd edib: Bu sistem 137 min kitabdan ibarət Nur bazasına əsaslanır və dini tədqiqatlarda ciddi bir inqilab yaratmaq potensialına malikdir.
Nur tədqiqat mərkəzinin rəhbəri həmçinin elmi jurnallarla, ixtisaslaşmış İslam elmləri sahələri ilə, elmi və tarixi şəxsiyyətlərlə ünsiyyət və “İslam elmlərinin geniş köməkçisi” layihəsini təqdim edib. Məqsəd isə istifadəçinin səviyyəsinə uyğun, dəqiq və etibarlı elmi xidmət təqdim edən ağıllı və geniş bir köməkçi yaratmaqdır.
Höccətül-İslam Bəhrami vurğulayıb: Bu transformasiya qarşısında məsuliyyətimiz çox böyükdür. Əgər məsuliyyətli, ağıllı və etik yanaşsaq, süni intellekt dövründə elmi hövzələrin nüfuzunu möhkəmləndirə və gücləndirə bilərik.
Xəbərin sonu
Rəyiniz